Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət yığması avqustun 7-dən 13-dək Qazaxıstanın Şımkent şəhərində təşkil olunacaq "Prezident kuboku” turnirində iştirak edəcək. Sportnet.az-ın məlumatına görə, yığmamızın qrup mərhələsində keçirəcəyi oyunların təqvimi müəyyənləşib. Millimiz matçlarının hamısı erkən saatda - Bakı vaxtilə səhər 8-də başlayacaq.
8 avqust
08:00
İran – Azərbaycan
9 avqust
08:00
Tacikistan – Azərbaycan
11 avqust
08:00
Rusiya-2 – Azərbaycan