
"Qarabağ"ın Çempionlar Liqasının III təsnifat mərhələsinin Çexiyanın "Viktoriya" klubu ilə cavab oyununa biletlərin satışa çıxarılacağı vaxtı açıqlanıb. Sportnet.az-ın məlumatına görə, azarkeşlər Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmanın biletlərini iyulun 30-u saat 12:00-dan etibarən həmin arenanın kassalarından əldə edə bilərlər.
Təkrar matç avqustun 2-də saat 20:30-da start götürəcək.
Xatırladaq ki, Plzendə keçirilən ilk oyun 0:0 hesabı ilə başa çatıb.