Azərbaycan yığmasının futbolçusu Elnur Cəfərov Portuqaliya "Tondela"sının heyətində qol hesabını açıb. Sportnet.az-ın məlumatına görə, gənc hücumçu "Mortaqua" ilə yoxlama matçında fərqlənib.
Komandasının 4:0 hesablı qələbə qazandığı görüşdə o, 87-ci dəqiqədə sonuncu qolun müəllifi olub. "Joao Kardozo" stadionunda keçirilmiş qarşılaşmada digər qolları Kristian (dəq. 23; 29) və Fabio Nunyeş (dəq. 82) vurub.
Qeyd edək ki, Elnur Cəfərov "Tondela"ya "Xəzər Lənkəran"dan keçib.