1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Avrokuboklarda artıq 2 milyon avrodan çox qazanmışıq...
Avrokuboklarda cari mövsümdə Azərbaycanı təmsil edən klublarımız artıq 2 milyon avrodan çox qazanıblar. Sportnet.az-ın məlumatına görə, UEFA-nın 2015-18-ci illərdə Çempionlar Liqasında (ÇL) və Avropa Liqasında iştirakçılar arasında gəlirlərin bölüşdürülməsinə dair ötən il qəbul olunan sxemə əsasən qazancları indidən hesablamaq mümkündür.
Belə ki, ən az gəlir mübarizəni Avropa Liqasının II təsnifat mərhələsində dayandıran "Neftçi" ilə "Kəpəz" əldə ediblər. Bu 2 klub ümumilikdə 410 min avro qazanıb. Bunun 200 mini I, 210 mini II təsnifat mərhələsində iştiraka görədir. Avropa Liqasının III təsnifat mərhələsində olan "Qəbələ"nin qazancı 630 min avroya çatıb.
Ən böyük qazanc ÇL-də təmsilçimiz "Qarabağ" əldə edib - 700 min avro. Bunun 300 mini II, 400 mini III təsnifat mərhələsində iştiraka görədir. Ağdam klubu mübarizəni dayandırarsa, qrupa çıxmayan ölkə çempionu kimi 250 min avro əldə edəcək. Bu, həmrəylik ödənişi kimi nəzərdə tutulub.
ÇL-in qrupuna çıxan komanda bonus kimi 12 milyon avro əldə edəcək. Bu mərhələdə hər qələbə 1,5 milyon, heç-heçə 500 min avro qazandıracaq. Avropa Liqasında qrupa vəsiqənin dəyəri isə bonus şəklində 2,4 milyon avrodur. Klublar bundan əlavə teleyayıma görə də gəlir edəcəklər.
Göründüyü kimi, avrokuboklar klublarımız üçün maddi qazanc baxımından əla imkandır. Təmsilçilərimizin indiyədək qazanclarını hesablasaq, məbləğin 2 milyon avronu aşdığını görərik. Qalıan təmsilçilərimiz "Qarabağ"la "Qəbələ" qrupa düşərək gəlirlərini xeyli artırmaqla bağlı yaxşı şansa malikdirlər.