Türkiyənin "Fənərbağça" klubunun sabiq prezidenti Ali Şenin dünyasını dəyişmiş nəvəsi Alp Ali Şenlə vida mərasimi keçirilib. Sportnet.az-ın məlumatına görə, mərasimə "Xəzər Lənkəran" klubunun sabiq baş məşqçisi Mustafa Dənizli də qatılıb.
Tədbirdə xeyli sayda tanınmış insan iştirak edib. Onların arasında "Fənərbağça"nın hazırkı prezidenti Aziz Yıldırım, Türkiyə Futbol Federasiyasının sabiq prezidenti Mahmut Özgener, futbolçu Əmrə Belözoğlu, müğənnilər Hülya Avşar və Orhan Gencebay, məşhur iş adamları və siyasətçilər də olub.
Qeyd edək ki, 17 yaşlı Alp Ali Şenin idarə etdiyi avtomobilin yük maşını ilə toqquşması nəticəsində ölüb.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |