Sabah Azərbaycan Premyer Liqasında növbəti mövsümün startı veriləcək. Sportnet.az-ın məlumatına görə, 2008-ci ildən Peşəkar Futbol Liqasının keçirdiyi çempionatda 3 aylıq fasilədən sonra yeni mübarizə başlayır.
Əsas fərq iştirakçıların sayı ilə bağlıdır. XXV milli çempionatda ilk dəfə 8 komanda çıxış edəcək. Ancaq turnirin reqlamenti dəyişmir. Ötən mövsümkü 10 komanda kimi, budəfəki 8 iştirakçı da 4 dövrədən ibarət çempionatda iştirak edəcək.
"Qarabağ"la "Qəbələ" Avropa Liqasında çıxış etdiklərindən, onların oyunları bir qədər sonraya təyin olunub. Elə alındı ki, nəinki ilk oyun günü, I turun bütün qarşılaşmaları paytaxtda keçiriləcək. Çünki "Qəbələ" də ev matçını Bakıda, "Dalğa Arena"da baş tutacaq. Bu da Qəbələ şəhər stadionunun əsas meydançasında aparılan işlərlə bağlıdır. Məlum olduğu kimi, "Kəpəz" Avropa Liqasında oyunlarını məhz bu stadionda keçirib. "Qarabağ"la "İnter" ilk olaraq çempionun meydanında - "Azərsun Arena"da görüşməli olsalar da, burada da yerdəyişmə olub.
Komandalar növbəti mövsümə həmin baş məşqçilərlə başlayacaqlar. Yəni bu yay fasiləsində 8 klubun heç birində baş məşqçi dəyişikliyi olmayıb. Mübarizəyə hər il olduğu kimi, mayda yekun vurulacaq.
Xatırladaq ki, ötən çempionatın qızıl, gümüş və bürünc medalçıları müvafiq olaraq "Qarabağ", "Ziə" və "Qəbələ" olublar. Sadəcə, "Zirə" peşəkar klub kimi yalnız 2 ildir fəaliyyət göstərdiyindən, UEFA avrokuboklarda çıxışına icazə verməyib. Qaydaya görə, qitəmiqyaslı turnirin iştirakçısı peşəkar klub kimi ən azı 3 il mövcud olmalıdır.
6 avqust (şənbə)
18:00. AZAL – "Neftçi”
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Akif Əmirəli, Coşqun Həsənov
Əlavə köməkçi hakimlər: Ramil Diniyev, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim inspektor: Asim Xudiyev
Bakı. "AZAL Arena" stadionu
20:00. "Zirə” – "Sumqayıt”
Hakimlər: Orxan Məmmədov, Yaşar Abbasov, Mehman Mahmudov, Rövşən Rəcəbov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Ömər Paşayev
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim inspektor: Füzuli Nəcəfov
Bakı. Zirə İdman Kompleksinin stadionu
7 avqust (bazar)
20:00. "İnter” – "Qarabağ”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Mübariz Haşımov
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Abbas Hüseynov
Hakim inspektor: Məlik Həsənov
Bakı. "İnter Arena” stadionu
8 avqust (bazar ertəsi)
19:00. "Qəbələ” – "Kəpəz”
Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Nahid Əliyev, Knyaz Əmiraslanov
Əlavə köməkçi hakimlər: Orxan Məmmədov, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim inspektor: Xaqani Məmmədov
Bakı. "Dalğa Arena” stadionu