Azərbaycan Premyer
Liqasında yeni mövsüm heç-heçəsiz start götürüb. Sportnet.az-ın məlumatına görə, yubiley - 25-ci çempionatın ilk turunda keçirilən 4 oyunun heç birində bərabərlik qeydə alınmayıb.
Turda həm meydan sahibləri, həm də qonalqar hərəyə 2 qələbə qazanıb. İlk 2 oyunda səfərdə çıxış edənlər - "Neftçi" ilə "Sumqayıt" meydani qalib tərk etdilərsə, sonrakı 2 matçda "İnter"lə "Qəbələ" buna nail olmaqla ev sahiblərinin imicini qorudu.
Artıq ilk turdan sonra turnir cədvəlində dördhakimiyyətlik yaransa da, "Qəbələ" topların daha yaxşı fərqinə görə öndədir. "Qəbələ" sadəcə, əlifba sıralamasına görə 1-ci yerdədir. Son 3 çempionatın bürünc mükafatçısı mübarizəyə inamlı qələbə ilə başladısa, qızıl və gümüş medalçılar "Qarabağ"la "Zirə" gözlənilməz məğlubiyyətlərlə yadda qaldılar. Xüsusilə ötən çempionatda evdə nadir hallarda uduzması ilə yadda qalan Adil Şükürovun komandasının ötən mövsüm 4 oyunun 3-də qalib gəldiyi "Sumqayıt"a ilk dəfə məğlub olması sürpriz oldu. Ötən mövsüm "Zirə"nin ən yaxşı bombardiri olan Nelson Bonilyanın gedişini öz təsirini artıq ilk turda göstərdi. Komandanın salvadorlu hücumçudan çox asılı olması öz əksini tapır.
"Qarabağ" isə hesabı açdığı "İnter"lə matçda üstünlüyünü ikinci hissənin sonuna yaxın 5 dəqiqəyə əldən verdi. Bunun səbəbkarı isə "bankirlər"də ilk rəsmi oyununu keçirən Ruslan Abışov oldu. Millimizin üzvü bu çempionatın ilk və hələ ki yeganə dublunun müəllifi kimi bombardirlər siyahısına başçılıq edir. Yenilənən "İnter"in bu mövsüm çempionluğa əsas namizədlərdən olduğunu demək olar. Düzdür, hələ yalnız ilk tur keçirilsə də, müəyyən nəticə çıxartmaq olar. Belə demək olar ki, "Qarabağ"ən ardıcıl 4-cü il çempionluq olmaq çox çətin olacaq. Əsas rəqiblərdən "İnter"in və xüsusilə "Qəbələ"nin heyəti, Avropa Liqasında çıxışı bu komandanın çempionluğa əsas namizədlərdən olacağını deməyə əsas verir. "Bankirlər"in 1 illik fasilədən sonra avrokuboklarda təmsil olunacağı real görünür.
"Zurə" heç olmasa ötən mövsüm öz stadionunda uduzmuşdusa, AZAL Şüvəlandakı arenasında məğlubiyyət acısı dadmamışdı. Baş məşqçi Tərlan Əhmədova bu acını yaşadan keçmiş komandası, həm futbolçu, həm də məşqçi kimi şərəfini qoruduğu, çempion olduğu "Neftçi" yaşatdı. Həmin matçda təkcə 2 qol vurulmadı, eləcə də sayılmayan 2 qol oldu və 2 qırmızı vərəqə qeydə alındı. Hər komandadan bir futbolçunu meydandan qovan FİFA referisi Rəhim Həsənov AZAL-ın təmiz qolunu saymayaraq kobud səhvə yol verməsi ilə yadda qaldı.
Heyətində bir sıra itkilər olan "Zirə" iə "Kəpəz"in yenidən mükafatlar, avrokuboklar uğrunda oynaması çətin olacaq. "Sumqayıt"dan inamlı starta əsasən ötən mövsümlə müqayisədə daha yaxşı çıxış edəcəyini gözləmək olar. AZAL isə azarkşelərində aşkar autsayder olacağı ilə bədbinlik yarada bilər. Ancaq digər tərəfdən, Tərlan Əhmədovun komandası ötən çempionatda ilk turlarda məğlubiyyətləri sıralasa da, sonradan dönüş yaratdı və az qala Avropa Liqasına vəsiqə qazanacaqdı.
İlk dəfə keçirilən 8 komabdanı 2 qrupa bölsək, avrokuboklara vəsiqə verən 4 yerə "Qarabağ", "Qəbələ", "İnter" və "Neftçi"nin daha şanslı olduğunu proqnoz vermək olar. Yəni avrokuboklar dördülüyndə yalnız 1 dəyişikliyin olacağını - "Kəpəz"i "İnter"i əvəzləyəcəyini gözləmək olar. Əlsində, "bankirlər" ötən çempionatı Gəncə klubundan öndə bitirsələr də, UEFA-nın məlum qadağası üzündən Avropa Liqasına yollana bilmədilər. Bütün bunlar ilk gözləntilərdir və hər şeyi zaman göstərəcək.