Azərbaycan Premyer Liqasının ilk turunda "Qəbələ” ilə keçirilən səfər oyunundan sonra bir günlük istirahətə buraxılan "Kəpəz”in üzvləri bu gün məşqləri bərpa edəcək. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Komanda çempionatın II turunda qarşılaşacağı AZAL-la oyunun hazırlığını Bakıda keçirəcək.
Bu günə təyin olunan məşq Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının meydançasında olacaq. Hazırlıq prosesi saat 17:30-da başlayacaq.