Azərbaycan Premyer Liqasının II turunda keçiriləcək "Qəbələ" - "İnter" və "Neftçi" - "Zirə" matçlarını işıqlandırmaq istəyən jurnalistləri paytaxt klubu nəqliyyatla təmin edəcək. Sportnet.az-ın məlumatına görə, "Dalğa Arena"da baş tutacaq görüşə hetmək istəyən media nümayəndələri üçün "bankirlər" nəqliyyat ayırıb.
KİV nümayəndələrini aparacaq nəqliyyat vasitəsi avqustun 12-də saat 18.30-da "İnter Arena"nın qarşısından yola düşəcək, oyunsonrası mətbuat konfransından sonra stadionunun qarşısına gələcək.
Avqustun 14-də saat 20:00-da başlanacaq oyunda iştirak etmək istəyən jurnalistlərin stadiona rahat gedib-gəlmələri üçün isə "Neftçi” tərəfindən avtobus ayrılacaq. Avtobus saat 18:00-da "Gənclik” metrostansiyası yaxınlığından ("Bazar Store” ilə üzbəüz) yola düşəcək.