1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Gəncədə qolsuz matç - YENİLƏNDİ
Bu gün Azərbaycan Premyer Liqasında II turunda mübarizə davam edib. Sportnet.az-ın məlumatına görə, turun əyalətdə yeganə matçı Gəncədə olub. Meydan sahibləri "Kəpəz" AZAL-ı qəbul edib.
İlk turda bütün matçların paytaxtda olduğunu nəzərə alsaq, bu, 25-ci çempionatda bölgədə ilk qarşılaşma olacaq. Üstəlik, "Kəpəz" bu yay Avropa Liqasında ev matçlarını Bakıda, "Dalğa Arena"da keçirdiyindən, Gəncədə mövsümə məhz AZAL-la matçla start verilib. 90 dəqiqəlik mübarizə qolsuz bitib. Bununla da "Kəpəz"lə AZAL cari çempionatda ilk xallarını qazansalar da, qol hesablarını hələ ki aça bilməyiblər.
Xatırladaq ki, turun dünən keçirilən mərkəzi oyunu - "Qəbələ" - "İnter" matçı da 0:0 hesabı ilə nəticələnib. Bu, hazırkı çempionatın ilk heç-heçəsi olub. Tura sabah saat 21:00-da keçiriləcək "Neftçi" - "Zirə" oyunu ilə yekun vurulacaq.
13 avqust (şənbə)
17:00. "Kəpəz” – AZAL - 0:0
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Yaşar Abbasov
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Şahin Cəfərov
Gəncə. Şəhər stadionu