1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Teo Uiks: "Nəticə ədalətli olmadı" - MÜSAHİBƏ
"Qəbələ"nin liberiyalı yarımmüdafiəçisi Teo Uiksin Sportnet.az-a müsahibəsi
- Premyer Liqanın II turunda "İnter"lə qarşılaşdınız. İsti hava şəraitini də nəzərə alsaq, geridə qalan matçı necə dəyərləndirirsən?
- Hava çox isti idi. "İnter" güclü komandadır və yaxşı oyun keçdi. Əsas qarşılaşmamız Avropa Liqasının "pley-off"unda Sloveniyanın "Moribor" klubuna qarşı olacaq. Artıq bu oyuna köklənməliyik.
- "İnter"lə oyunda qeydə alınan 0:0 hesabı ədalətli oldu?
- Xeyr, bu oyunda qələbə qazanmaq şansımız vardı.
- O zaman "Qəbələ"nin qələbəsinə nə mane oldu?
- Mən məşqçi deyiləm ki, səhvləri deyim. Yalnız onu deyə bilərəm ki, bu görüşdə qələbə qazanmalı idik.
- Bir neçə gündən sonra özünün də dediyin kimi "Maribor"la qarşılaşacaqsınız. Bu oyunda şansları necə dəyərləndirirsən?
- Düzü rəqibin oyununu görməmişəm. Amma inanıram ki, yaxşı hazırlaşıb mərhələ keçəcəyik.