1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Cahangir Hacıyev üçün vəsatət verildi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı”nın keçmiş sədri və "İnter" klubunun sabiq fəxri prezidenti Cahangir Hacıyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib. Sportnet.az-ın "Report"a istinadən məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə C.Hacıyevin vəkilləri Aqil Layıcov və Fəxrəddin Mehdiyev vəsatətlər veriblər.
Onlar hüquqlarını müfafiə etdiyi şəxsin cinayət işinə xitam verilməsini, şüşə qəfəsdən çıxarılıb müdafiəçilərin yanında əyləşməsini, həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini, maliyyə naziri Şamil Şərifovun şahid qismində məhkəmədə ifadə verilməsini istəyib.
C.Hacıyev vəsatətə münasibət bildirib. O, 2001-ci ildən bankın idarə heyətinin sədri olduğunu deyib: "Cinayət işi açılanda xaricdə müalicə alırdım. Sonra ölkəyə qayıtdım. İstintaqa dəvət ediləndə özüm getmişəm. 11 dəfə istintaqa ifadə vermişəm. Ötən il dekabrın 4-də barəmdə həbs qətimkan tədbiri seçilib".
Dövlət ittihamçısı vəsatətin təmin edilməməsini istəyib. Proses günün ikinci yarısında davam etdiriləcək.