"Qarabağ” çox üstün futbol oynadı. Zədəli futbolçularımızın olması bizə problem yaratdı". Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Vəli Qasımov Azərbaycan Premyer Liqasının III turunda "Qarabağ"la keçirilmiş oyundan sonra təşkil olunmuş mətbuat konfransında deyib.
V.Qasımov komandanın cəzalandırılacağını bildirib: "Deyərdim ki, komanda öz oyununda çox zəif futbol oynadı. Belə oyuna görə, futbolçular cəzalandırılacaq. Belə böyükhesablı məğlubiyyətə görə, hər kəsdən üzr istəyirəm".
Qeyd edək ki, "Qarabağ" - "Neftçi" oyunu 3:0 hesabı ilə başa çatıb.