AFFA prezidenti Rövnəq Abdullayev İcraiyyə Komitəsinin bugünkü iclasından sonra brifinq keçirib.
Qurumun rəhbəri Sportnet.az-ın da suallarını cavablandırıb...
- Mətbuatda belə yazılıb ki, "Bakı"nın prezidenti Hafiz Məmmədovla təkbətək görüşünüz olub. Ancaq "Bakı" çempionatda çıxışını dayandırdı. Bununla bağlı fikriniz maraqlıdır...
- Hafiz müəllimlə görüşümüz olmayıb. "Bakı" Azərbaycan futbolunda böyük ənənəsi olub, böyük işlər görüb. Amma son vaxtlar FİFA qarşısında böyük maliyyə öhdəçilikləri yarandı. Nəticədə FİFA ötən mövsüm klubun 15 xalını sildi. İndi də xal silinmə prosesi davam edir. Klub bu öhdəçilikləri yerinə yetirmək, lisenziya almaq üçün sənədləri bu gün də verməyib. Bunu həll etsə belə, həmin sanksiya kluba yox, AFFA-ya qarşı da yönələ bilər. Çünki onlar bizdən də tələb edirlər ki, klub öhdəçiliyi yerinə yetirsin. Ona görə də "Bakı"nın çempionatda çıxışı hüququ cəhətdən baş tutmur.
- Bununla bağlı AFFA hər hansı güzəşt edə bilərmi?
- Yox. Heç bir güzəşt ola bilməz. "Bakı" çempionatda çıxış etsə, biz AFFA olaraq FİFA qarşısında məsuliyyət daşıyacağıq.
- Klubların sayının azalmasının Premyer Liqaya mənfi təsiri varmı?
- Olacaq. Klubların, oyun sayının azalması 2 vur 2 kimi bir şeydir. Ancaq ayrı bir yolumuz yoxdur. Bu il qəraq qəbul etdik ki, cari mövsümə 8 komanda ilə başlayaq, gələn il doğru-düzgün 10 komanda olsun.
- Futzal yığmamızın üzvləri ilə görüşdüyünüzü bildirdiniz. Bu milli komandanın baş məşqçisi də bildirib ki ki, az oyun keçiriblər. O, bu istəyini sizinlə görüşdə dilə gətirdimi?
- Gecdir artıq. Bir neçə gündən sonra dünya çempoinatının final mərhələsinə yollanırlar. Gərək özlərini Kolumbiya vaxtına kökləsinlər. Bu gündən artıq özlərini Kolumbiya vaxtında yatıb-durmalıdırlar ki, buna adaptasiya olsunlar.
- Siz bu ölkəyə final mərhələsinə yollanacaqsınız?
- Yox.
- Millimizin qarşıda San Marino yığması ilə səfərdə rəsmi oyunu var...
- Millimizə uğurlar dilədik. Biz onlara xeyir-dua verdik. Rəqiblərin hamısı çətindir. Biz onlara qələbə arzuladıq. Çalımalıdırlar ki, yeni seçmə mərhələyə qələbə ilə başlasınlar. Futbolda asan rəqib olmur.
- Seçmə mərhələnin startı öncəsi qarşıya bir hədəf qoyulubmu?
- Hədəf həmişə var. Əsas hədəfimiz Avro-2020-dir. Yəqin ki, vurduğumuz şüarı gördünüz - Niyə də yox? Uşaqlar özləri düşünmüşdülər. Bu, gözəl şüardır ki, başlanğıcda maksimum irəli gedək. Onlar öz qarşılarında öhdəçilik götürüblər ki, startda uğur qazanaq və niyə də DÇ-2018-də final mərhələsində iştirak etməyək?
- Vaxtilə klublarda Müşahidə Şurasının yaradılmasının vacibliyini qeyd etmişdiniz. Ancaq son proseslər göstəri ki, bu qurumu yaratmayan klublar irəli gedilər. Məsələn, "Qarabağ" "Qəbələ" yenidən Avropa Liqasının qrupuna düşdülər. Düşünmürsünüz ki, Müşahidə Şurasının yaradılması uğursuz layihədir? Məhz bu şura yaradılandan sonra klublar uçuruma doğru gedirlər?
- Yox, biz düşünmürürük. Müşahidə Şurası pis oyuna dəlalət etmir. Bu, quruluşdur, şəffaflıq deməkdir. Bu, ayrı şeydir, o ayrı şey. Bunu bir-birinə qarışdırmayın. Mənim klubların daxili işi haqda nəsə deməyə ixtiyarım yoxdur. Heç vaxt baş məşqçini bir uğursuzluğa görə istefaya göndərməyin tərəfdarı olmamışam. O vaxt "Neftçi"nin prezidenti olduğum zamanı baş məşqçi Qurban Qurbanovu 1-2 oyun uduzanda istefaya səslədilər. Həmin adamlara dedim ki, Qurban 200 oyunda da uduzsa, biz onu istefaya göndərməyəcəyik. Kimsə bunu hazırlayırdı. Mən onlara dedim ki, gedin, nə edirsiniz edin, mən Qurbanovu buraxmayacağam. Onlar da "istefa" qışqırmağı tərgizdilər. Məşqçiyə özünü göstərmək üçün vaxt verilməlidir. Məşqçi dəyişikliyi heç vaxt yaxşı nəticə vermir.
- Bəlkə rəhbərlik dəyişməlidir?
- O da ola bilər. Əsas məşqçidir. "Neftçi"də bir rəhbər yoxdur, rəhbərlikdə bir neçə nəfər yer alıb. Onlar baş məşqçini seçirlər və sonra onun işinə qarışmırlar. Məndə olan məlumata görə belədir.
- Sizin "Neftçi"dəki dövrdə azarkeş ordusu ilə indi klubun stadionda bir nədər azarkeşinin olmamağı arasında böyük fərq var....
- Azərbaycanda azarkeş problemi var. Neçə ildir futboldayam, azarkeşlərin stadiona gəlməsi minimal səviyyədədir. Mənim vaxtımda da belə idi. Bir az qələbə olanda, beynəlxalq matçlar olanda gəlirlər. İngiltərəyə, Avropaya baxırıq, 40 minlik stadionu doldururlar. Biz 60-70 minlik Olimpiya Stadionu tikmişik. "Neftçi" 11 minlik "Bakcell Arena"nı doldura bilmir. Azarkeş gəlmir. Həvəs yoxdur-nədəndir bilmirəm. Menecmenti düz qurmuruq. İnsanları stadiona cəlb etmək lazımdır. Bunun üçün gecə-gündüz çalışmalıdırlar.
- Xaricdə Müşahidə Şurasının üzvləri pul qoyuluşu edirlər. Ancaq "Neftçi"də Müşahidə Şurasının üzvləri klubu dövlətdən alınan pulla idarə edirlər. Düşünmürsünüz ki, burada hər hansı uyğunsuzluq var?
- Yox. SOCAR-ın vitse-prezidenti Xoşbəxt müəllim "Neftçi"nin azarkeşidir, Ağsaqqallar Şurasının sədridir. O, onları gecə-gündüz presləyir, narahat olmayın (gülür).
- Çimərlik yığması tarixində ilk dəfə Super Liqaya qazandı. Ancaq Azərbaycanda çimərlik futbolu çempionatı yoxdur. Bu haqda düşünmürsünüz?
- Biz hələ ki bu haqda düşünməmişik. Çimərlik futbolu üçün stadion düzəltməliyik. Mən Braziliyada olanda gördüm ki, hamı çimərlikdə futbol, voleybol oynayır. Baxırsan ki, hər yerdə oynayırlar. Ancaq bizdə çimərlikdə voleybol oynayan yoxdur.