1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Mərkəzdə tək qalan Rəşad Sadıqov...
Mehman SÜLEYMANOV
Azərbaycan milli komandası 2018-ci il dünya çempionatının seçmə mərhələsinin startında arxa xətlə bağlı ciddi problemlə üzləşib.
San-Marino yığması ilə sabahkı rəsmi oyunda millimizdə mərkəz müdafiəçisi sıxıntısı yaranıb. Baş məşqçi Robert Prosineçkinin bu mövqe üçün sərəncamında yalnız bir futbolçu – kapitan Rəşad Sadıqov var.
Əslində, heyətdə daha iki mərkəz müdafiəçisi vardı. Ancaq tərslikdən zədə ilə əlaqədar heyətdən kənarda qalan məhz bu ampluanın oyunçuları – Bədavi Hüseynovla Ruslan Abışov oldular. Millimizdə müdafiənin mərkəzində artıq xeyli müddətdir Rəşad Sadıqov – Bədavi Hüseynov tandemi oynadığından, Abışov ehtiyatda qalırdı. İndi onun əsas heyətə düşmək üçün şansı olsa da, zədə onu ümumiyyətlə, millidən kənarda qoydu. Hüseynov isə zədə üzündən "Qarabağ”a Avropa Liqasının İsveç "Göteborq"u ilə pley-off mərhələsinin cavab matçında da kömək edə bilmədi. Onun əvəzinə Sadıqovla tandem təşkil edən Elvin Yunuszadə bir vaxtlar millidə oynasa da, hətta debütündə qol vursa da, "Qarabağ”a keçidi ilə yığma karyerası bağlandı. Çünki "Neftçi”dən fərqli, Ağdam klubunda əsas heyətdən kənarda qaldığına görə milliyə dəvət almır.
Belə götürəndə, Preyer Liqada milliyə layiq mərkəz müdafiəçisi ilə bağlı ciddi problem var. "Neftçi”də daim oynayan Elvin Bədəlov U-21-ə dəvət alır. "İnter”də mərkəz müdafiəçiləri daha çox legionerlərdir ki, Abışov da buna görə dayaq yarımmüdafiəçisi kimi çıxış edir. "Qəbələ” və "Zirə”də də mərkəz müdafiəçiləri əsasən əcnəbilərdir. Düzdür, "Zirə”də icarədə oynayan Sadiq Quliyev ötən mövsümü uğurla keçirib. Amma o, müqavilə ilə məxsus olduğu kluba qayıdandan sonra heç ehtiyat oyunçular skamyasında yer almır.
"Kəpəz”də Şəhriyar Əliyev daim əsas heyətə düşsə də, milli məşqçilərinin diqqətini çəkən oyun göstərmir. AZAL-da da yüksək səvyyəli mərkəz müdafiəçisi yoxdur. "Sumqayıt”da isə Rail Məlikovla Vurğun Hüseynov xeyli müddət öncə - Beri Foqtsun dövründə çıxış ediblər və Prosineçkidən dəvət almayıblar.
Xorvatiyalı mütəxəssisin sərəncamında olan müdafiəçilərdən ötən mövsüm "Qəbələ”də komanda yoldaşı olmuş milliləşənlər - Arif Daşdəmirov, Məhəmməd Mirzəbəyov və Pavel Paşayev sırf bəstəboy cinah müdafiəçiləridir. Tərlan Quliyev sol, Maksim Medvedev isə sağ cinah müdafiəçisidir. Prosineçki bu 2 müdafiəçi arasında seçim etməli idi ki, seçimin Medvedevin xeyrinə olacağı gözlənilən idi. Əvvəla, Maksim Rəşadla klubda da birgə çıxış edir. Ən əsası, Medvedevin millidə və klubda mərkəzdə elə Rəşadla tandem təşkl etmə praktikası olub.
Quliyev isə "İnter”də 5 müdafiəçili sistemdə mərkəzdə oynayır. Ancaq elə də uğurla çıxış etmədiyindən, son turda əsas heyətdən kənarda qalıb. O, ötən mövsüm "Kəpəz”də Şəhriyar Əliyevlə birgə müdafiənin mərkəzində qərarlaşmışdı. Ancaq əslində, solaxay olan Tərlana müdafiənin sol cinahında oynamaq daha rahatdır və millidə bu mövqedə oynayıb.
Göründüyü kimi, milmizdə hələ ötən ildən mərkəz müdafiəçi problemi getdikcə daha da ciddiləşir. Onda Rəşadın yığma karyerasını bitirmək variantı vardı və bu zaman ona əvəzləyicisinin kim olacağı müzakirə obyektinə çevrilmişdi. Nə yaxşı ki, Sadıqov karyerasını bitirmədi və ya indi Hüseynov və Abışov kimi zədə problemi yaranmayıb. Yoxsa onda müdafiənin mərkəzinə birdən-birə iki futbolçu axtarmalı olacaqdıq.