"Qəbələ"nin Avropa Liqasının qrup mərhələsində ilk rəqibi olan "Anderlext" daha bir futbolçusu ilə yollarını ayırıb. Sportnet.az-ın məlumatına görə, 25 yaşlı yarımmüdafiəçi İbrahima Kontedir. Qvineyalı  futbolçu  Belçikanın yüksək liqasının digər təmsilçisi olan "Ostende"yə keçib. Konte 2014-cü ildən çıxış etdiyi "Anderlext"də 28 oyunda 2 qol vurub.
Xatırladaq ki, "Qəbələ "Anderxet"lə ilk matçını sentyabrın 15-də səfərdə keçirəcək.  









                 




    
    
    
    
    
    
    
    
    


























































