Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında ölkə çempionatında IV tura 1 oyunla start verilib. Sportnet.az-ın məlumatına görə. "Qarabağ" AZAL-ı qəbul edib.
Zirə İdman Kompleksinin stadionunda keçirilən matç qonaqların əzmkar qələbəsi ilə nəticələnib. AZAL-ın əsas komandasının üzvü olan hücumçu Rusan Nəsilri 5 dəqiqəqə etdiyi dublla qələbədə əsas pay sahibi olub.
Bu, AZAL-ın bu çempionatda ilk qələbəsi olub. Komanda 3 xala 7-ci pilləyə yüksəlib. "Qarabağ" isə 6 xalla 3-cü pillədədir.
"Qarabağ" - AZAL - 1:3
Şahin Əliyev, 64 - Mahsun Qənbərli, 70; Ruslan Nəsirli, 78, 83









































































