1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Millimiz 23 futbolçu ilə toplanır
Sentyabrın 14-dən Bakıda 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı keçiriləcək. Sportnet.az-ın məlumatına görə, toplanışa 23 futbolçu dəvət olunub.
Bu Vüqar Məmmədin yığma komandada baş məşqçi kimi ilk toplanışı olacaq.
Düşərgəyə Nicat Mehbalıyev ("İnter"), Nail Alışov, Murad Bağırov, Fərid Mahmudov, Mehman Məsimov (hamısı "Neftçi"), İbrahim Hüseynov, Xəqani Sadıxov, Nicat Məmmədov (hamısı "Qarabağ"), Vüsal Mustafayev, Elmir Tağıyev, İdris İnqilablı, Rüstəm Nuriyev, Fərid Nadirov, İzzət Muştaqov, Kamran Quliyev, Samir Qurbanov, Məhəmməd Abbasov (hamısı "Qəbələ"), Tahir Zeynalov, Şakir Seyidov (hər ikisi "Vətən"), Xəzər Mahmudov, Vidadi Cəfərov ("Səbail"), Elvin Bayramov və Məzahir Əhmədov (hər ikisi "Turan-Tovuz") qoşulacaq.
Qeyd edək ki, toplanış sentyabrın 18-də başa çatacaq.