"Maliyyə məsələrində UEFA ilə birbaşa əlaqəmiz yoxdur. Bu proseslər yerli federasiyalar üzərindən edilir".
Bu fikirləri Sportnet.az-a açıqlamasında "Qarabağ"ın direktoru Əmrah Çəlikəl bildirib.
UEFA AVRO-2016-da iştirak edən futbolçulara görə klublara müəyyən məbləğ ödəyəcək. "Qarabağ"ı Fransadakı final mərhələsində müdafiəçisi, Albaniya yığmasının kapitanı Ansi Aqolli təmsil etdiyindən, Ağdam təmsilçisi də maddi cəhətdən qabağa düşəcək.
Çəlikəl hələ ki qitə futol qurumundan hansısa məbləğ almadqılarını söyləyib: "Bizə konkret heç kim demir ki, sizə Aqolliyə görə pul göndərəcəyik, məbləğ bu qədər olacaq. UEFA ilə təkcə maddi yox, bütün yazışmalarımız, danışıqlarmız AFFA vasitəsilə olur. Açıqlanan rəqəmlərə uyğun pullar klublara federasiyalar tərəfindən ödənilir. Bu, federasiyanın hesabına köçürülür, orda da bizə, klublara. Nə vaxt ödənişin olduğunu biləndə, bundan az sonra məbləğ hesabımızda olur. Bununla bağlı konkret vaxt yoxdur".
"Qarabağ" rəsmisinin sözlərinə görə, həmin məbləğdən müəyyən hissə mükafat qismində futbolçuya çatacaq.