1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Tofiq Mustafayev: "Çox acınacaqlıdır, söz tapa bilmirəm"
"Komanda üçün nə lazımdısa etmişdik. Yəqin ki, futbolçularda hansısa psixoloji gərginlik var. Digər tərəfdən, həm fiziki, həm də taktiki hərəkətlərdə səhvlərimiz oldu".
Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin məşqçisi Tofiq Mustafayev "Qəbələ"yə 0:8 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının IV tur matçından sonra CBC Sport-a deyib.
Təcrübəli mütəxəssis psixoloji və fiziki hazırlıq üzərində işləmələrinin vacibliyini vurğulayıb: "Əsasən də futbolçuların fiziki durumları heç xoşumuza gəlmədi. Onlarla psixoloji hazırlıq üzərində çalışmaq lazımdır. Hər bir futbolçu hansı komandada çıxış etdiyinin məsuliyyətini və bu komandanın tarixini anlamalıdır. "Qəbələ" bütün komponentlərdə bizi üstələdi. Çox acınacaqlıdır. Söz tapa bilmirəm".
Mustafayev bildirib ki, baş məşqçi Vəli Qasımovun səhhətində problemin yaranması özləri üçün də gözlənilməz olub: "Bu gün onunla danışa bilməmişəm. Hazırlığı birgə keçmiş, heyəti də birgə müəyyənləşdirmişdik. Səhər vaxtı həyat yoldaşı mənimlə əlaqə saxladı ki, səhhəti qaydasında deyil. Heyət dünəndən hazır idi. Digər tərəfdən, itkilərimiz də var. Seçimimiz də böyük deyil ki, dəyişiklik edək".