
Azərbaycan Premyer Liqasının cari mövsümündə ilk het-trik qeydə alınıb. Sportnet.az-ın məlumatına görə, bu, "Neftçi"yə "Əlincə Arena"da 8:0 hesabı ilə qalib gəldikləri oyunda 3 qol vuran "Qəbələ"nin hücumçusu Baqali Dabo olub. 28 yaşlı fransalı legioner matçın 6, 16-cı və 59-cu dəqiqələrdə rəqib qapısına yol tapıb. O, ilk hissədə 2 qolu xorvatiyalı Krşevan Santiniyə, fasilədən sonra isə onu əvəzləyən milliləşən gənc həmkarı Maksim Vayloya vurub.
Çempionatımızda sonuncu het-trik ötən mövsüm XXIX turunda "Rəvan" - "Zirə" matçında qeydə alınmışdı. Buna "Bayıl Arena"da 4:0 hesabı ilə qalib gəldikləri qonaqların salvadorlu hücumçusu Nelson Bonilya imza atmışdı. Növbəti het-triki 153 gün gözləmək lazım gəldi.
Dabo 1992-ci ildən keçirilən milli çempionatlarıız tarixində 176-cı het-trikin müəllifi olub.
Mehman Süleymanov
Yazı AFFA yanında Media Komitəsinin dəstəyi ilə hazırlanıb