"Neftçi"nin serbiyalı sabiq qapıçısı Saşa Stamenkoviç "Facebook" sosial şəbəkəsində "Neftchi Baku [Fan Page]" səhifəsinə müraciət göndərib. Sportnet.az-ın məlumatına görə, cari mövsümdə Qazaxıstada çıxış edən 31 yaşlə əlcək sahibi 4 il şərəfini qoruduğu Bakı klubunun "Qəbələ"yə 0:8 hesabı ilə uduzmasında biganə qalmayıb.
Stamenkoviç ağır ittihamlar irəli sürdüyü "Neftçi"nin hazırkı rəhbrəliyi istefaya səsləyib: "Mən "Neftçi"nin azarkeşi və klubun heyətində 4 il çıxış etmiş futbolçu olaraq klubun hazıkrı rəhbərliyinə və Müşahidə Şurasına, Çingizə (Müşahidə Şurasının sədri Çingiz Abdullayev) və Elnura (icraçı-direktor Elnur Məmmədov) müraciət edib onu xahiş etmək istəyirəm ki, ictimaiyyəti fikrini yayındırmayın və tezliklə istefa verin. Bununla Azərbaycanın ən böyük klubunu daha biabır etməyin. Problem sizin şəxsi maraqlarınızdadır, pulu bölüşdürdüyünüz futbolçuları təhrik edirsiniz. Mənə də təklif olunmuşdu ki, borcun yarısını verək, yarısını da öz cibinizə qoyursunuz. Bəlkə siz düşünürsünüz ki, bu, sizə cəzasız gələcək. Ancaq onu undursunuz ki, Elnura rejissor, Çingizə yazıçı kimi "onlar "Neftçi"i necə məhv etdilər" kitabını buraxmaya imkan verməyən azarkeşlər var. Mən keçmişə qayıdıb sizdən onu soruşmaq istəmirəm ki, niyə bizi - 12 legioneri buraxdınız. Ola bilər, bu, sadəcə, ona görə idi ki, bizi kluba cənab Sadıqov ("Neftçi"nin sabiq prezidenti Sadıq Sadıqov) gətirib və biz klubun tarixində ən uğurlu nəsil idik. Biz artıq digər klublarındayıq, onlarla yeni uğurlar qazanırıq və sizi bağışlayırıq. Ancaq qorxuram ki. azarkeşlər sizi heç vaxt bağışlamayacaqlar. Günahkar
nə futbolçular, nə də məşqçilərdir. Bu, yalnız sizin futbola hörmətsizliyinizdir. Buna görə klubu məhv etməmək üçün getməlisiniz. "Neftçi"yə eşq olsun və yeni qələbələr arzulayıram".