"Qəbələ"nin Avropa Liqasının qrup mərhələsində ilk rəqibi olan Belçikanın "Anderlext" klubu ölkə çempionatında növbəti qələbəsini qazanıb. Sportnet.az-ın məlumatına görə, Brüssel təmsilçisi öz meydanında "Şarlerua"ya 3:2 hesabı ilə qalib gəlib. 
Oyunda hesabı 19-cu dəqiqədə qonaqlar açıb. "Anderlext" ikinci hissənin əvəvlində 11 dəqiqəyə vurduğu 3 qolla matçda dönüş yaradıb. 57-ci dəqiqədə Lukaş Teodorçuk tarazlığı bərpa edib. Bundan 7 dəqiqə sonra əlcəzairli hücumçu Sofian Hanni komandasını hesabda irəli çıxarıb. Nəhayət, 68-ci dəqiqədə yarımmüdafiəçi YUri Tielamans hesabı 3:1 edib.
 "Şarlerua" 75-ci dəqiqədə futbolçusu birbaşa qırmızı vərəqə alaraq meydandan çıxarıldığına görə daha bir zərbə alıb. Ancaq buna baxmayaraq, komanda 90+1-ci dəqiqədə hesab arasındakı fərqi azalda bilib.
"Anderlext"in 6 oyundan sonra hesabında 12 xal var və hələ ki məğlubiyyəti yoxdur. Rəqibimiz lider "Zulte Varegem"dən 1 xal geri qalır.
Xatırladaq ki, "Qəbələ" "Anderlext"lə ilk oyununu sentyabrın 15-də səfərdə keçirəcək. 









                 




    
    
    
    
    
    
    
    
    


























































