1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Boavişta"ya müəmmalı transferin təfərrüatları
"Kamran Ağayev "Sumqayıt"a keçəndə aramızda razılaşma olmuşdu. Biz də ona əməl etdik və qapıçımızın xarici kluba keçidinə əngəl olmadıq".
Bu fikirləri Sportnet.az-a açıqlamasında "Sumqayıt" klubunun baş meneceri Ceyhun Sultanov deyib. Yay fasiləsində komandalarına cəlb etdikləri Ağayevin Portuqaliyanın "Boavişta" klubuna keçidinə aydınlıq gətirən Sultanov anlaşmada nzəərdə tutulan şərtə əməl etdiklərini bildirib: "Kamran bizə gələndə demişdi ki, ona xaricdən təklif olarsa, gedişinə imkan yaradaq. Biz də belə variant olacağı halda onu sərbəst buraxacağımızı söyləmişdik. "Boşavişta" variantı haqda milli komandamızın oyunundan sonra məlumatlandıq. Bunun real təklif olduğunu görərək Kamranın Portuqaliya klubuna gedişinə imkan yaratdıq. Əslində, "Boavişta" variantı mənim üçün təəccüblü olmadı. Ağayevə ilk vaxtdan söyləmişdim ki, "Sumqayıt" onun üçün ən yaxşı variantdır. Çünki istədiyi vaxtda xarici kluba keçə biləcək. Sağ olsunlar, bu fikrim onda qəbul olundu və keçid reallaşdı".
Sultanov Portuqaliyanın digər klubu "Sportinq"ə keçən gənc yarımmüdafiəçi Budaq Nəsirov kimi Ağayevi də təmənnasız buraxdıqlarını söyləyib: "Biz ilk növbədə, Azərbaycan futbolunu düşünürük. Futbolçunun transferinə görə misal üçün 100 min qazana bilərdik. Ancaq bu zaman futbolçu itirəcəkdi. Onu sərbəst buraxanda isə futbolumuz, futbolçunun özü qazanır. Bizim üçün ən önəmli olan da budur. Son vaxtlar Portuqaliyaya futbolçularımızn axını var ki, bu da çox yaxşı haldır. Bunda rolu olan insanlara təşəkkürümü bildirirəm. Futbolumuzun inkişafına məhz bu yolla nail ola bilərik. Hər halda, "Boavişta" da Portuqaliyanın tanınan klublarından biridir. Burada Kamrana sahib olmadılar, ancaq Portuqaliyanın yüksək liqa təmsilçisi onu heyətinə qatdı".
Ağayevin "Sumqayıt"da debütünün Premyer Liqada "İnter"lə dünənki oyunda olacağı gözlənilirdi. "Sumqayıt"ın rəsmisi bunu təsdiqləyib: "Kamranın "İnter"ə qarşı oynaması gözlənilən idi. Ancaq ailəsində yaranan problem üzündən iki məşqi buraxmışdı. Atası avtobil qəzasına düşmüşdü. Kamran da bu anda yolüstündə idi. Ailə problemini həll edərək səfərə çıxdı. Onsuz da şəxsi planda görə beyni yüklü idi, onu daha da yükləmək istəmədik. Üstəlik, "İnter"ə qarşı oynasaydı, zədə də ala bilərdi. Bütün bunları nəzərə alaraq, "İnter"lə matçda adını heç protokola daxil etmədik".
Xatırladaq ki, Ağayev "1+1" şərti ilə müqavilə imzaladığı "Boavişta"nın hazırlığına sabahdan qoşulacaq.
Mehman Süleymanov