1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Mikanı əvəzləyən Ağayev - VİDEO
Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayevi Portuqaliyanın "Boavişta" klubunda iki rəqibi olacaq. Sportnet.az-ın məlumatına görə, bunlar seneqallı Mamadu Ba və portuqaliyalı Mikael Meyradır.
Ağayev əsas qapıçı Mikanın (Mixael Simoeş Dominges) İngiltərə "Sanderlend"inə transferindən sonra heyətə cəlb olunub. İlk 3 turda "çərçivə"ni məhz 25 yaşlı qolkiper qoruyub. O, komandasının 4 xal əldə etdiyi görüşlərdə qapısından 2 top buraxıb. Lakin o, sentyabrın 7-də Premyer Liqa komandasına yollanıb. Həmin vaxt yay "transfer pəncərəsi" bağlandığından, bu keçidin gerçəkləşməsi üçün Portuqaliya və İngiltərə Futbol federasiyaları FİFA-dan xüsusi razılıq alıblar.
IV turda "Boavişta"nın "Braqa"ya səfərdə 0:3 hesabı ilə uduzduğu görüşdə qapını Ba qoruyub. Xüsusən ilk qolda 31 yaşlı qolkiperin səhvi az olmayıb.
Meyranın isə cəmi 22 yaşı var. O, Portuqaliyanın aşağı yaş qrupları üzrə yığmalarında çıxış etsə də, hələ "Boavişta"da debüt etməyib. Bu baxımdan, Ağayevin həmklubu Emin Mahmudovdan fərqli olaraq, əsas heyətə düşmə və orada möhkəmlənmə şansları yetərincə yüksəkdir.
Qeyd edək ki, hazırda "Boavişta" 4 oyundan 1 qələbə, 2 heç-heçə və 1 məğlubiyyətlə (top fərqi: 4-5) 10-cu pillədə qərarlaşıb.