Azərbaycan milli komandasının və "Neftçi”nin sabiq qapıçısı Emil Balayev Almaniya II Bundesliqasında mübarizə aparan "Ayntraxt" (Braunşveyq) klubunun düşərgəsinə yollanıb.
Sportnet.az-ın Almaniya klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, 22 yaşlı qolkiper "Ayntraxt”da baxışda olacaq.
Braunşveyq təmsilçisinin direktoru Mark Arnold deyib: "Balayev bir həftə klubumuzda baxışda olacaq. Çox istərdik ki, karyerasını bizdə davam etdirsin. İnanıram ki, o özünü yaxşı tərəfdən göstərə biləcək və "Ayntraxt”da qalacaq”.
Qeyd edək ki, Emil Balayevin son klubu Frankfurt "Ayntraxt”ı olub.





































































