"Sumqayıt"la matçda meydana çıxmaq istəyirdim. Bu, ikinci hissədə olmalı idi. Oyuna girməyə hazırlaşırdım. Ancaq Fuad Bayramov zədələndi və onun mövqeyinə Ruslan Abışov çıxdı. Həmin vəziyyətdə oynaya bilməyəcəyimə görə hirsləndim”.
Bu fikirləri Sportnet.az-a açıqlamasıda "İnter”in futbolçusu Pərdis Fərcad-Azad bildiirb.
Azərbaycan Premyer Liqasının ötən turunda "Sumqayıt”la matç milliləşdiirlən hücumçu üçün xüsusi önəm daşıyırdı. Belə ki, Fərcad-Azad uzun illər şərəfini qoruduğu komanda ilə üzləşirdi Ancaq "İnter"in gürcü baş məşqçisi Zaur Svanadzenin ona şans verməməsi millimizin sabiq üzvünü özündən çıxarıb və o, hirsindən yumruqla şüşəni vuraraq sındırıb: "Bu, baş məşqçiyə görə deyildi. Sadəcə, oynamaq istəyirdim və şansını gözləyirdim. Ancaq bu, olmadı, qismət budur. Artıq meydana çıxmalı idim, ancaq son anda belə alındı. Heç kimin səhvi deyildi, sadəcə, bəxtim gətirmədi. Şüşəni vurmağım emosionallıqla bağlı deyildi. Bunu baş məşçiqə görə eləmədim ki... Meydana daxil olmağı çox istədiyimdən hirsləndim".
Fərcad-Azad "Sumqayıt"dan fərqli, "İnter"də əsas heyətə düşə bilmir: "İnanıram ki, növbəti turlarda oynayacağam. Məşqlərimi edirəm. Səbrli olmaq lazımdır”.
Futbolçu Almaniyada olan məhkəməsinin nəticəsi haqda sualı belə cavablandırıb: "Bu haqda danışmaq istəmirəm”.