Futzal üzrə dünya çempionatının final mərhələsində Azərbaycan milli komandası ikinci oyununu keçirib. Sportnet.az-ın məlumatına görə, F qrupunda yer alan millinin rəqibi Avropa çempionu İspaniya olub. Kolumbiyanın Medellin şəhərindəki "Coliseo İvan de Bedout" idman kompleksində təşkil olunmuş qarşılaşmanı komandamız 2:4 hesabı ilə məğlub tərk edib.
Xatirladaq ki, F qrupundakı ilk görüşdə Azərbaycan Mərakeş yığmasına 5:0, İspaniya İrana 5:1 hesabı ilə qalib gəlmişdi. Millimiz qrup mərhələsindəki son oyununu sentyabrın 18-də İran yığmasına qarşı keçirəcək.
Dünya çempionatı, qrup oyunları
03:00. Azərbaycan - İspaniya - 2:4
Qol: Vasura (1-0), Vasura (1-1) (öz qapısına), Vasura (1-2)(öz qapısına), Fernandao (1-3), Migelin (1-4), Tyaqo Bolinya (2-4)
Baş hakim: Alessandro Malfer (İtaliya)
Hakimlər: Ondrey Kerni (Çexiya), Paskal Lemal (Belçika)
Medellin. "Coliseo İvan de Bedout" idman kompleksi