İtaliyanın "İnter" klubunun rəhbərliyi yeni baş məşqçi variantını müzakirə edir. Sportnet.az-ın məlumatına görə, hazırkı baş məşqçi Frank de Burun nəticələri rəhbərliyi qane etmir.
Artıq yeni namizədin adı da müəyyənləşib. A seriyasının 4-cü turunda "Yuventus"la qarşılaşmada qənaətbəxş nəticə olmasa, rəhbərli de Buru Fabio Kapello ilə əvəzləyəcək. Müqaviləyə xitam verilməsi üçün hollandiyalı mütəxəssisə 1.5 milyon avro civarında kompensasiya ödənilməlidir.
"İnter" 3 turdan sonra 4 xalla 11-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, Milan təmsilçisi bu ilin avqustunda Frank de Burla 3 illik müqavilə imzalayıb.







































































