FİFA-nın Azərbaycan milli komandasında oynamağa rəsmən icazə verdiyi türkiyəli futbolçu Dəniz Yılmaz hələ də zədə problemindən əziyyət çəkir. Sportnet.az-ın məlumatına görə, "Bursaspor"un hücumçusu bu gün Türkiyə kuboku uğrunda aşağı divizion təmsilçisi "Bayrampaşa" ilə İstanbuldakı matçda da forma geyinə bilməyəcək.
Yılmaz digər zədəli futboçular kimi son məşqdə komandadan ayrı çalışıb. O, 4 həftəsi geridə qalan Super Liqada yeni mövsümdə hələ də özünü göstərə bilməyib. Belə gedişlə Dəniz millimizdə debütü üçün gələn ili gözləməli olacaq. Çünki xorvatiyalı baş məşqçimiz Robert Prosineçkinin onu bu il üçün son oyunlara - oktyabrın 8-də Norveçlə evdə, bundan 3 gün sonra Çexiya ilə səfərdəki rəsmi oyunlara çağıracağı inandırıcı görünmür.
Xatırladaq ki, FİFA Yılmazın 2018-ci il dünya çempionatının seçmə mərhələsinin startında San Marinio ilə səfər qarşılaşması öncəsi milmizdə oynamasına rəsmən icazə versə də, hücumçu həmin vaxt da zədəli idi.