İspaniyanın "Barselona" klubu Serxio Busketslə müqaviləni uzatmağa qərar verib. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, tərəflər arasında yeni anlaşma sentyabrın 22-də imzalanacaq. 
Sövdələşmə daha 2 il uzadıla bilməsi şərtilə 2021-ci ilədək nəzərdə tutulub. Yarımmüdafiəçini əldə etmək istəyən klub 200 milyon avrosundan keçməli olacaq. 
Qeyd edək ki, Serxio Buskets bu mövsüm İspaniya çempionatında 3 oyuna çıxıb. 









                 




    
    
    
    
    
    
    
    
    






















































