"Mançester Yunayted” ən çox sevdiyim klublardan biridir. Orada oynamaq xoşuma gəlir və mən həmişə bu klub haqda danışıram”. Sportnet.az-ın məlumatına görə, bu sözləri İspaniyanın "Real Madrid” klubunun hücumçusu Kriştianu Ronaldo deyib.
Portuqaliyalı keçmiş klubuna qayıtma ehtimalının olduğunu bildirib: "Mən "Mançester Yunayted”də hər şey qazandım. İnsanlar isə elə bil mənə qibtə edirdilər. Onlara çox borcluyam. Sanki ingiltərəlilər ikinci ailəm idi. "Mançester Yunayted”ı sevirəm, ora qayıtmaq isə... Futbolda olmaz deyə bir şey yoxdur, gələcəkdə nə olacağını demək olmaz. Sözsüz ki, "Real Madrid”də də xoşbəxtəm. Evim, klubum buradadır. Ancaq "Mançester Yunayted”də mənə davranışlar inanılmaz idi. Ola bilər ki, tarix təkrarlansın, hər şey mümkündür”.