1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Tərlan Əhmədov: "İndi getsəm, xəyanət kimi olar" - MÜSAHİBƏ
AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının VI turunda evdə "İnter”ə 1:3 hesabı ilə məğlub olduqları oyundan sonra mətbuat konfransı keçirib. Sportnet.az-ın məlumatına görə, 45 yaşlı çalışdırıcı ilk olaraq matç haqda düşüncələrini bölüşüb.
- Son oyunlara baxsaq, pis çıxış etdik. Uşaq səhvləri buraxdıq. İşimiz çoxdur. Rəqibdən üstün oynadıq, amma alınmadı. Son turlarda çox top buraxırıq. Ötən il hamı "Azal Arena”da hamıya qalib gəlməsi barədə yazırdı, maraqlıdı indi nə deyəcəklər? Ola bilsin, gələcəkdə dəyişiklik etdim. Artıq gözləmək imkanımız yoxdu. İlk yarıda yaxşı çıxış edə bilməsək də, sonradan oyunumuzu da qaydasına qoya bildik.
- Klub rəhbərliyi ilə görüşdünüz?
- Fikrət müəllimlə (vitse-prezident Fikrət Hüseynov) görüşdük və minumum qışa kimi qalmalıyam. İndi getsəm, xəyanət kimi olar.
- AZAL Rail Məlikov və Stanislav Namaşkodan bu qədərmi asılı idi ki, onların yoxluğu bu dərəcədə hiss olunur?
- Rail lider idi. Amma ötən il ilk turlarda da ən çox tənqid olunurdu. Hazırda onu kimi liderə ehtiyacımız yoxdu. Qapıçılarmıza heç bir iradımız yoxdu. Railin varlığı mərkəzdə bizim problemlərimiz aradan qaldırmasına kömək edirdi.
- Qışda Fikrət müəllim komandaya yeni 2-3 futbolçunun cəlb ediləcəyini bildirib...
- Bəlkə də çox oldu. Fikrət müəllim təxmini deyib. Amma belə getsə, bu say 5-6 nəfər olacaq. Qapıdan başqa hər mövqeyə yeniliklər olacaq.
- Adan Koronadonu ilk hissədə əvəzlədiniz. Ruslan Əmircanovu sona yaxın buraxdınız. Düşünmək olar ki, onlar sizin qara siyahıdadır?
- Kimi tez əvəzləyirəmsə, o demək deyil ki, qara siyahıdadır. Sadəcə, Əmircanovu Ruslan Nəsirli ilə əvəz edib onun sürətindən və cinah asmalarından istifadə etmək istəyirdik.