1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
QALMAQAL! Millinin baş məşqçisi korrupsiya tələsinə düşdü
İngiltərə Futbol Assosiasiyası (FA) ölkə yığmasının baş məşqçisi Sem Ellardaysla bağlı araşdırmalara başlayacaq.
Sportnet.az-ın məlumatına görə, 61 yaşlı mütəxəssis korrupsiya tələsinə düşüb.
"The Telegraph" qəzetinin əməkdaşları onun korrupsiyada iştirakını üzə çıxarıblar. Jurnalistlər özlərini biznesmen kimi təqdim edərək, Ellardaysla iki görüş keçiriblər. Onlar İngiltərə Premyer Liqasındakı transfer bazarından gəlir götürmək istədiklərini bildiriblər. Təcrübəli mütəxəssis 400 min funt sterlinq məbləğində anlaşmanın imzalanması üçün danışıqların aparılmasına təsir göstərməyə razılıq verib. Habelə, o, oyunçuların transferləri üzrə FA-nın müəyyənləşdirdiyi "Üçüncü şəxsin oyunçuların hüquqlarına sahib olması qadağandır" qaydasından yayınma yollarını izah edib.
Baş məşqçi sələfi Roy Hocsonu da tənqid edib və FA-nın "Uembli" stadionunu sökmə qərarını axmaqlıq adlandırıb.
Qeyd edək ki, Sem Ellardaysın "biznesmenlər"lə danışıqları videoya çəkilib. FA "The Telegraph"a işlə bağlı materialları təqdim etməsi üçün müraciət edib.