
Paytaxtın "Neftçi" klubu UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində səfərdə Gürcüstan "Çixura"sı ilə keçirəcəyi oyuna qara sarğı ilə çıxmaq istəyir. Sportnet.az-ın məlumatına görə, bu barədə klubun rəsmi "facebook" səhifəsi məlumat yayıb.
"Neftçi" avqustun 7-də Çixuraya qarşı Tiflisdə keçiriləcək oyuna qara sarğıda çıxmaq istəyir. Bununla bağlı, "Neftçi" rəhbərliyi UEFA-ya müraciət edəcək. Ümid edirik ki, müsbət cavab alacağıq.
Şəhidlər ölməz...