"Qarabağ” artıq 8 ildir ki, eyni baş məşqçinin rəhbərliyi altında çıxış edir. Rəqibimizin beynəlxalq oyun təcrübəsi də böyükdür”
Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində rəqibi olan İtaliyanın "Fiorentina” klubunun baş məşqçisi Paulo Souza bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Portuqaliyalı mütəxəssis sabah evdə qarşılaşacaqları Azərbaycan çempionu haqda müsbət fikirdə olduğunu söyləyib: "Əsas məqsədim komandada sağlam rəqabəti olmasıdır. Oyunumuzda eniş və yüksəlişin olması mümkündür. Ancaq oyun dəst-xəttimizi qorumalıyıq. "Qarabağ”la sabahkı matçda da buna sadiq qalacağıq”.
Souzanın fikrincə, qrupda mübarizəyə yaxşı başlayıblar. O, ilk turda PAOK-la heç-heçə nəticələnən səfər oyununda qələbəy layiq olduqlarını söyləyib: "Mətbuat üçün nəticə əsas sayılsa sa, bizim üçün komandanın çıxışı vacibdir. Biz getdikcə öz oyunumuzu artırmaqla yaşayırıq. Növbəti rəqibimizə fərqli cür problem yaratmağa çalışacağıq. Bunun üçün hazırlığımızı meydanda nümayiş etdirməliyik”.
Xatırladaq ki, "Fiorentina” – "Qarabağ” oyunu sabah Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.