
"Maynts"la bizi çətin oyun gözləyir. Rəqib də adi komanda deyil, çox güclüdür. Buna baxmayaraq asan təslim olmaq yox, var gücümüzlə mübarizə aparmaq üçün meydana çıxacağıq. Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ"nin futbolçusu Asif Məmmədov Avropa Liqasının C qrupunda Almaniya "Maynts"ı ilə keçiriləcək oyundan öncə təşkil olunmuş mətbuat konfransında deyib.
Futbolçu komandadakı işlərinin yaxşı getdiyini bildirib: "Qəbələ"də işlərim yaxşıdır. Baş məşqçi mənə inanırn və bu da məndə inam yaradır. Düşünürəm ki, hələ öz üzərimdə işləməliyəm".