1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Rövnəq Abdullayevlə UEFA prezidentinin görüşü
Bu gün AFFA prezidenti Rövnəq Abdullayev Bakıda səfərdə olan UEFA prezidenti Aleksander Çeferinlə görüşüb. Sportnet.az-ın məlumatına görə, R.Abdullayev UEFA prezidenti seçilməsi münasibətilə A.Çeferini bir daha təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.
Görüş zamanı AFFA və UEFA arasında mövcud əməkdaşlığın müvəffəqiyyətlə davam etdirildiyi qeyd edilib, gələcək planlar müzakirə olunub. AFFA prezidenti bildirib ki, UEFA ilə AFFA əməkdaşlarının birgə əməyi sayəsində son 6 ayda Azərbaycanda futbolun inkişafı ilə bağlı yeni proqram layihəsi hazırlanıb və dünən UEFA və AFFA nümayəndələrinin iştirakı ilə proqram layihəsi geniş müzakirə olunub.
"GROW 2020" adlanan proqramda 5 illik inkişaf strategiyası nəzərdə tutulub. AFFA rəhbəri təmsil etdiyi qurumun UEFA ilə birgə yeni inkişaf strategiyası hazırlayan ilk milli assosiasiyalardan biri olmasının sevindirici hal olduğunu deyib.
AFFA-nın vitse-prezidenti Elşad Nəsirovun, baş katib Elxan Məmmədovun, UEFA-nın baş katibi Teodor Teodoridisin və UEFA-nın əməkdaşı Zoran Lakoviçin iştirak etdiyi görüşün sonunda xatirə şəkli çəkdirilib.