"Qəbələ"nin estoniyalı futbolçusu Sergey Zenyov milli komandasının heyətində növbəti oyununa çıxıb. Sportnet.az-ın məlumatına görə, 27 yaşlı hücumçu 2018-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Yunanıstan milisi ilə ev oyununda 90 dəqiqə meydanda olub. Estonlar bu matçda 0:2 hesabı ilə uduzub.
Xatırladaq ki, Sergey Zenyovun komandası 3 oyunda 3 xalla turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.