Namiq Ələsgərov Azərbaycan milli komandasında ilk dəfə sarı vərəqə alıb. Sportnet.az-ın məlumatına görə, "Qarabağ"ın gənc yarımmüdafiəçisi 2018-ci il dünya çempionatının seçmə mərhələsində Çexiya yığması ilə hazırda keçirilən matçın 35-ci dəqiqəsində sloveniyalı baş hakim Tomaş Klaçnik tərəfindən cəzalandırılıb. Ələsgərov kobud oyuna görə xəbərdarlıq alıb.
Bu, oyunda ilk vərəqə olub. Namiq məhz millidə xorvatiyalı baş məşqçi Robert Prosineçkinin debüt matçı olan Malta yığması üzərində 2:0 hesabı ilə qalib gəldiyimiz Respublika stadionundakı matçda aldığı ağır zədə üzündən 9 ay futboldan kənarda qalmışdı.
Xatırladaq ki, millimizdə cari seçmə mərhələdə bunadək yalnzı 1 sarı vərəqə vardı. Bu, Norveç yığmasına Bakıda 1:0 hesabı ilə qlaib gəldiyimiz rəsmi oyunun 35-ci dəqiqəsində hakimin qərarından narazılığa görə xəbərdarlıq alan hücumçu Ruslan Qurbanov olub.