Azərbaycan millisi 2018-ci il dünya çempionatının seçmə mərhələsində Avropa zonasında qol buraxmayan 4 yığmadan biridir.
Sportnet.az-ın məlumatına görə, digər 3-ü Almaniya, İngiltərə və Belçika milli komandalarıdır. Onlar isə öz qruplarının liderləridir ki, bunlardan Almaniya elə bizimlə birgə çıxış edir.
Millimiz 9 qrup arasındakı 2-ci yerlərin sahibləri arasında qapısından top buraxmayan yeganə komandadır. 4 yığmanın hər biri ilk 3 oyunda eyni qapıçılara güvənib. Bu, Azərbaycanda Kamran Ağayev, Almaniyada Manuel Noyer, İngiltərədə Co Hart, Belçikada Tibo Kurtuadır.
Kamranın tanınmış həmkarlarından üstünlüyü oyunlarda daha çox iş görməyindədir. Hər halda, Noyer, Hart və Kurtuanın oynadıqları matçlarda qapılarına doğru dəqiq zərbələr Ağayevdən çox az olub. Bunu aşağıdakı statistikadan aydın görmək mümkündür:
Cari seçmı mərhələdə qol buraxmayan yığmaların qapıçılarına "çərçivə”yə vurulan dəqiq zərbələr
Azərbaycan – Kamran Ağayev ("Boavişta”) – 13
San Marino (səfərdə 1:0) – 5, Norveç (evdə 1:0) – 5, Çexiya (səfərdə 0:0) - 8
Belçika – Tibo Kurtua ("Çelsi”) – 5
Kipr (səfərdə 3:0) – 2, Bosniya və Herseqovina (evdə 4:0) – 2, Cəbəllütariq (səfərdə 6:0) – 1
İngiltərə - Co Hart ("Torino”) - 5
Slovakiya (səfərdə 1:0) – 0, Malta (evdə 2:0) – 1, Sloveniya (səfərdə 0:0) - 4
Almaniya – Manuel Noyer ("Bavariya”) – 3
Norveç (səfərdə 3:0) – 0, Çexiya (evdə 3:0) – 1, Şimali İrlandiya (evdə 2:0) – 2
Rəqəmlərə əsasən, azərbaycanlı qapıçı ilə rəqibləri arasında fərq çox böyükdür. Ağayev ən yaxın izləyiciləri olan Kurtua və Hartdan 2 dəfə çox zərbə dəf edib. Noyer isə 3 oyuna cəmi 3 dəqiq zərbəni qaytarmalı olub.
Mehman SÜLEYMANOV