UEFA Avropa Liqasının qrup mərhələsində çıxış edən 48 klubun tarixində ən məhsuldar futbolçuların adlarını açıqlayıb. Sportnet.az-ın məlumatına görə, onlar arasında "Qarabağ"la "Qəbələ"nin bombardirləri də var. Bunlar müvafiq olaraq braziliyalı Reynaldo Silva ilə estoniyalı Sergey Zenyovdur. Onlar eyni zamanda həmyaşıd hücumçulardır.
Silva 2013-cü ilin əvvəlindən şərəfini qoruduğu Ağdam klubunda avrokuboklarda 10 qol vurub. o, eyni zamanda Azərbaycan klublarının qitəmiqyaslı turnirlərdə ən sərrast oyunçusudur. Reynaldo 6 dəfə Avropa Liqasında, 4 dəfə Çempionlar Liqasında fərqlənib.
Zenyov isə ardıcıl 2-ci mövsümdür "Qəbələ"də çıxış edir və bütün qollarını Avroliqada vurub. Bunlardan 2-si keçən, 4-ü bu il olub.
Klublarımızın qrupdakı rəqibləri arasında ən sərrast oyunçu Belçikanın "Anderlext" klubundan 33 qol Rob Rensenbrink, hazırda oynayanlar arasında isə PAOK-un 20 dəfə fərqlənən yunan hücumçusu Stefanos Atanasiadisdir. Bütün klublara arasında bombardir iki nəfərdir - Ruud van Nistelroy ("Mançester Yunayted") və Françesko Totti ("Roma"). Hər ikisi 38 dəfə fərqlənib. 40 yaşlı Totti hazırda oynadığından karyerasını davam etdirənlər arasında da bombardirdir.