
Rusiyanın "Rostov" klubu futbolçularına olan son 2 ilin borclarını bu gün ödəyəcək. Sportnet.az-ın məlumatına görə, bu barədə klubun mətbuat xidmətindən açıqlama verilib.
Bildirilib ki, 2014/2015 və 2015/2016 mövsümünün borcları futbolçulara ödəniləcək.
Qeyd edək ki, "Rostov" Rusiya Premyer Liqasında 9 oyundan 16 xal toplayıb və turnir cədvəlinin 4-cü pilləsindədir.