
Rusiya yığması 2017-ci ildə 10 yoldaşlıq görüşü keçirəcək. Sportnet.az-ın məlumatına görə, bu barədə Rusiya Futbol İttifaqının prezidenti Vitali Mutko açıqlama verib.
Bildirib ki, gələn ilin noyabrına qədər yoldaşlıq görüşləri keçiriləcək: "Mart, iyun, oktyabr və noyabrda iki yoldaşlıq görüşü keçirəcəyik. Digər oyunların tarixinə isə aydınlıq gələcək. Dəqiqləşən rəqiblər sırasında Qətər, Rumıniya, Makedoniya yığmaları var".
Qeyd edək ki, 2018-ci il dünya çempionatı Rusiyada keçiriləcək.