1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qarabağ"da oynamağa hazır deyiləm" - MÜSAHİBƏ
"Sumqayıt”ın iranlı legioneri Afşin Esmaeilzadeh Azərbaycan Premyer Liqasının VIII turunda "Qarabağ"a 0:3 hesabı ilə uduzduqları səfər matçından sonra müsahibə verib. Sportnet.az-ın məlumatına görə, ölkəmizdə debüt mövsümünü keçirən gənc yarımmüdafiəçi Sportnet.az-ın oyunda olan əməkdaşının da suallarını cavablandırıb.
- Oyun gözlədiyiniz kimi keçdi?
- Maraqlı oyun oldu. "Qarabağ”ın güclü komanda olduğunu hamımız bilirdik. Üstəlik, zəif çıxış etdik. Pis oynadığımız demək olar. Halbuki, meydanda yaxşısını edə bilərdik.
- Fasiləyə qolsuz bərabərliklə yollanmağa yaxın idiniz. Nə baş verdi ki, ilk hissənin son dəqiqələrində ardıcıl 2 qol buraxdınız?
- Pis vaxtda qol buraxdıq. Əksər futbolçularımız da gənclərdir. Qoldan sonra psixoloji baxımdan çaxnaşma yarandı. Bunun üzərində çox işləməliyik. Növbəti oyunlarda belə etmək olmaz.
- Oyunu müdafiədə keçirdiniz. Rəqibdən həddindən artıq çəkinirsiniz?
- Bir az qorxaq oynadıq. "Qarabağ”ın heyətində təcrübəli futbolçular var və onlar qısa ötürmələrlə əla oynayır. Bizdə isə gənclər çoxdur. Buna görə də çox qorxaq oyun göstərdik.
- Qarşıdan "Qəbələ” ilə matç gəlir. Bu qarşılaşmada nəyə ümid edirsiniz?
- Bu dəfə evdə oynayacağıq. Səhvlərimizin üzərində işləyərəb, bunları təkrar etməməliyik.
- Bu rəqibin də heyətində təcrübəli və səviyyəli futbolçular çoxdur. Bu, sizi qorxutmur?
- Razıyam, "Qəbələ"nin də heyətində yaxşı futbolçular cəmləşib. Amma "Qarabağ” daha keyfiyyətli futbol göstərir. Topu özlərində yaxşı saxlayaraq dəqiq ötürmələr verirlər. Bu da bizi yorur. Amma "Qəbələ”yə qarşı yaxşı mübarizə aparırıq.
- Premyer Liqada ilk dövrə arxada qalıb. Çempionatımızın səviyyəsi barədə nə düşünürsən?
- Açığı, Azərbaycana gələnə qədər çempionatınızın bu səviyyədə olduğunu düşünmürdüm. Əksinə, fikirləşirdim ki, zəif komandalardır. Amma bura gələndən sonra səviyyənin düşündüyümdən daha yüksək olduğunu gördüm. Milli komandanız da yaxşı oynayır. Norveç və Çexiya ilə matçları izlədim. Hər iki qarşılaşmada yaxşı mübarizə apardılar. İnşallah, yığmanız dünya çempionatına vəsiqə qazanar.
- Premyer Liqa klublarımızdan hansını xüsusi fərlqəndirmək istərdin?
- "Qarabağ” çox güclü komandadır. Onun oyununu bəyənirəm. Ötürmələrlə istənilən rəqibi yenəcək gücdədir. Ona görə də qrup mərhələsinə qədər irəliləyiblər.
- Bəs özün bu komandada oynayacaq gücdəsən?
- Hələ hazır deyiləm. Ordakı futbolçulardan geri qalıram. Amma çalışıram ki, artıtaraq daha yaxşı oynayım. Bir qədər inkişaf etsək, niyə də "Qarabağ"da oynaya bilməyim?