"Neftçi"nin yeni transferi Jonas Enrike Pessalli rəsmən debüt edib. Sportnet.az-ın məlumatına görə, 26 yaşlı braziliyalı yarımmüdafiiəçi "Zirə" ilə hazırda davam edən səfər matçının 79-cu dəqiqəsində rumıniyalı hücumçu Katalin Tiranın yerinə meydana daxil olub.
Bunadək "Sumqayıt"la yoxlama matçında iştirak edən Pessalli yeni klubuna keçidi rəsmiləşəndən sonra "Zirə" ilə oyuna sifariş olunub. Ancaq "Neftçi"yə qayıdan təcrübəli müdafiəçi Mahir Şükürovla serbiyalı qapıçı Boban Baykoviçin adları bu matçın protokoluna daxil edilməyib.