"Neftçi"nin Müşahidə Şurasının üzvü Səməd Qurbanovun Sportnet.az-a müsahibəsi
- Komandada uğursuzluq davam edir...
- Dözməliyik də. Başqa əlac yoxdur.
- Azarkeşlər də narazıdırlar..
- Bəli, Haqlıdırlar da. Azarkeş stadiona gələrək yaxşı oyuna baxmaq istəyir. Nə etsin ki?
- Azarkeşlə rəhbərlik arasında insidentdə nə baş vermişdi?
- Onu görmədim.
- Mahir Şükürov komandaya fayda verə biləcəkmi?
- Hər şey özlərindən asılıdır. Meydanda qaçacaqsa, verəcək. Qaçmayacaqsa, yox.
- Müşahidə Şurasının komandanın qarşısına qoyduğu öhdəlik yerinə yetirilmir. Yəqin ki, tez-tez baş məşqçi dəyişikliyi də öz təsirini göstərir...
- Bəli, öhdəlik yerinə yeTirilmir. Yəqin, 2-3 günə iclas olar. Orda bütün məsələlər qaldırılacaq.
- Struktura yeni gətirilən Elnur Eyvazov, Orxan Hüseynzadənin qarşısına qoyulan tələblər nədir?
- Onlar rəhbərlikdədirlər. Sırf komandaya aidiyyatları yoxdur. Əsas Elxan Abdullayevdən, hər şey məşqçilər korpusundan asıldıır.
- Qışla bağlı planlarınız necədir?
- Komandaya 7-8 futbolçunu dəyişmək lazımdır.
- Burda həm yerli, həm də əcnəbi futbolçular var?
- Hər ikisi var. Legionerlərin heç biri xoşuma gəlmir.
- Millinin belə uğurlu çıxışı sizin üçün gözlənilən oldu?
- Çox inamlı oynadılar, can yandırdılar. İstədilər ki, qalib gəlsinlər. Görünürdü ki, hamısı yaxşı oynayır. Əlbəttə, baş məşqçi Robert Prosneçkinin işindən razıyam.