Azərbaycan milli komandasının Ramil Şeydayevin şərəfini qoruduğu Türkiyənin "Trabzonspor” klubu Super Liqada növbəti oyununu keçirib. Sportnet.az-ın məlumatına görə, Trabzon təmsilçisi turnir cədvəlində ən yaxın izləyicisi "Akhisar Gənclik Spor”la bugünkü ev oyununda qolsuz bərabərliyə qalıb. Meydan sahibləri 78-ci dəqiqədə futbolçusu Aytac Kara qırmızı vərəqə aldığına görə matçı azlıqda başa vurmalı olub.
"Trabzonspor”un baş məşqçisi Ərsun Yanal Ramilin adını nəhayət, matçın protokoluna daxil etsə də, yenə debütünə imkan yaratmayıb. Şeydayein komandası 7 xaldan sonra 7 xalla turnir cədvəlində 12-ci yerdə qərarlaşıb.
Xatırladaq ki, Ramil hələ ki hazırkı klubunda Türkiyə kubokunda debüt edərək bunu qolla qeyd edib.