
Azərbaycanla Özbəkistan yığma komandaları arasında keçiriləcək yoldaşlıq görüşünün hakimləri müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, "Bakcell Arena"da keçiriləcək matçı gürcüstanlı FİFA referisi George Vadaçkoria idarə edəcək.
Ona Levan Varamişvili və Levan Todria kömək edəcək. 4-cü hakim funksiyasını isə Ömər Paşayev yerinə yetirəcək.
Qeyd edək ki, qarşılaşma avqustun 20-də saat 21:00-da başlanacaq.