1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Sent-Etyen"in baş məşqçisi: "Qəbələ" 1-2 zərbəylə səni çətin vəziyyətdə qoya bilər"
"Ötən il də Avropa Liqasında qrupunda mübarizə aparırdıq və xalımız indikimiz 1 xal az idi. Həmin vaxt "Dnepr"lə qarşılaşmalarımız vardı. Bu oyunlarda 6 xal toplamağımız nəticəsində qrupdan çıxmaq məqsədimizə çatdıq". Sportnet.az-ın məlumatına görə, bu fikirləri Fransanın "Set-Etyen" klubunun baş məşqçisi Kristof Qaltye bu gün keçirilən mətbuat konfransında bildirib. Onun sözlərinə görə, "Qəbələ" ilə sabahkı oyun vacibdir, həlledici əhəmiyyət daşıyır: "Çempionatda "Dijon"la matçda çoxlu enerji sərf etdk. Bu dəfə bazar günkü oyunla müqayisədə daha yaxşı oynaya, daha yaxşı hücum edə bilərik. "Dijon"la oyun keçmişdə qalıdı. Bu, digər səviyyəli, Avropa turnirdir. O, həm futbolçularımız, həm də mənim üçün vacibdir. Biz xallar götürərək rəqibi mübarizədən kənarlaşdırmalıyıq".
Fransalı mütəxəssisin fikrincə, "Qəbələ" rahat oynayacaq: "Rəqibimiz bu yarışda heç bir təzyiq altında deyil. "Qəbələ" Avropa Liqasında təcrübəyə malikdir, bu mövsüm "Maribor"u, "Lill"i mübarizədən kənarlaşdırıb. Çətin rəqibdir, 1-2 zərbəylə səni çətin vəziyyətdə qoya bilər".